Bu ilin oktyabrında Ələt Azad İqtisadi Zonasının (AİZ) ərazisində nəqliyyat-logistika mərkəzinin tikintisinə başlamaq planlaşdırılır.
FED.az xəbər verir ki, bunu Ələt AİZ-in İdarə heyətinin sədri Valeh Ələsgərov deyib.
Onun sözlərinə görə, 160 min kvadrat metr ərazidə dəmiryol infrastrukturu yaradılacaq və avtomobil yolu tikiləcək.
"Bu təşəbbüsün reallaşdırılması üçün özəl investisiyalar cəlb olunacaq, növbəti iki ildə layihənin başa çatdırılması planlaşdırılır", - deyə o bildirib. (Trend)