Ələt Azad İqtisadi Zonasında 2026-cı ilin birinci yarısından istifadəyə veriləcək karqo terminalı vasitəsilə ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq.
Bakı yaxınlığında yeni aeroport tikiləcək – 2026-CI İLDƏN İŞƏ DÜŞƏCƏK
FED.az xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Valeh Ələsgərov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
O vurğulayıb ki, Ələt Azad İqtisadi Zonası müştərilərinə ərazidə infrastruktur və kommunal xidmətlər, eləcə də bütün növ nəqliyyat və logistika xidmətləri ilə təmin edir: “Müştərilərin logistika və nəqliyyat xidmətlərinə olan ehtiyaclarını ödəməkdən əlavə, biz nəqliyyat logistika mərkəzləri yaradırıq. İqtisadi Zonada yaradılmış müəssisələrə fiskal və qeyri-fiskal güzəştlər paketini, o cümlədən istənilən vergilərdən, istənilən korporativ vergilərdən azadolma təqdim edirik”. (Report)