Ekspertlər dünya bazarında son on illiklər ərzində ən kəskin gümüş qıtlığının yarandığını elan ediblər.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, gümüşə tələbatın kəskin artması sayəsində dünya bazarında son on illiklər ərzində ən ciddi gümüş defisiti yaranüıb və bu vəziyyət getdikcə pisləşəcək. Bu barədə Vaşinqtonda yerləşən Gümüş institutunun (The Silver Institute) ekspertləri bildirib.
«Dünyada gümüş defisiti 194 milyon unsiyaya çatacaq və bu son on illiklər ərzində ən böyük rəqəmdir. 2021-ci ildəki defisit göstəricisi bu il 4 dəfə artıq olacaq»-deyə institutun açıqlamasında bilodirilir.
Xatırladaq ki, 2021-ci ildə dünyada gümüşə tələbat rekord vuraraq 1,21 milyard unsiya olmuşdu. Ekspertlərin fikrincə isə, 2022-ci ildə tələbat bir qədər də – 2021-ci illə müqayisədə 16% artacaq və yeni rekord vuracaq.
Hesabatda bildirilir ki, gümüş dünya iqtisadiyyatının çoxsaylı sənayelərində istifadə edilir. «Fotoqrafiya istisna olmaqla, bütün sahələrdə gümüşə tələbatın maksimuma çatacağı gözlənilir».
Eləcə də bax: Gümüş qiymətlərinin artacağı - GÖZLƏNİLİR
Gümüşün pərakəndə satışına tələbat isə 18% artacaq, bunun səbəbi Ukraynadakı müharibə, inflyasiya və iqtisadi böhrandır.
2022-ci ildə Çin, Rusiya və Peruda gümüş istehsalı azalacaq, əvəzində Meksika və Çilidə hasilatın artması gözlənilir. Nəticədə dünyada gümüş hasilatı 1%-də olsa artacaq.
Defisitə baxmayaraq gümüşün qiymətinin kəskin artımı baş verməyib, əksinə, qiymətlər aşağı enib. Ekspertlər 2022-ci ilin nəticələrinə görə, illik ifadədə 16% azalaraq unsiya üçün 21 dollara enəcəyini gözləyirlər.