Gümüş 2022-ci ildə əsas qiymətli metallar arasında ən pis performans göstərən əmtəə olsa da, qiymətlərin məqbul bir canlanma göstərmək üçün kifayət qədər aşağı düşdüyü qiymətləndirilir.
Eləcə də bax: Azərbaycanda qızıl hasilatı 20,7% azalıb, gümüş hasilatı - 31,3% ARTIB
FED.az xəbər verir ki, HSBC-nin Qiymətli Metallar üzrə Baş Analitik James Steel deyib: “Gümüş dolların bahalaşması, yüksək faiz dərəcələri və yavaş iqtisadi artım ilə əlaqədar olaraq təxminən 11 faiz dəyər itirib. Bununla belə, pərakəndə satış və zərgərlik məmulatlarına tələbin ilin ikinci yarısında güclü olacağı, elektronika və fotovoltaik sektorlarının tələbinin də artacağı gözlənilir”.
Gümüşün lazım olduğundan daha çox dəyərini itirdiyini düşündüklərini qeyd edən Steel, aşağı qiymətlərin Hindistan və Çindəki əhəmiyyətli istehlakçıların tələbini artıracağını vurğulayıb və gümüşə sənayedən də tələbin güclü şəkildə artacağını deyib.
Yenə də dünya monetar sərtləşdirməyə və iqtisadi yavaşlamaya hazırlaşarkən gümüşün bahalaşması üçün maneələr qalmaqdadır.
HSBC gümüşlə bağlı müsbət proqnozunu saxlayıb. Bank gümüşün orta qiyməti proqnozunu 2022-ci il üçün 22,25 dollar və 2023-cü il üçün 23,50 dollara qədər yeniləyib. Digər tərəfdən, UBS Group AG 2023-cü ilin əvvəlində gümüşün 19 dollara qədər ucuzlaşacağını gözləyir. (Marja)