"AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov və həmkarlarla birlikdə "AzerBlast" MMC-nin Gəncədə yerləşən Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunun fəaliyyəti və istehsal prosesi ilə tanış olduq”.
“AzerBlast”: "Gəncədəki partlayıcı maddələr istehsalı zavodunun gücü 31,5 min tona çatdırılacaq"
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.
Nazir dövlət-özəl tərəfdaşlığının uğurlu biznes modeli olan bu layihənin yeni iş yerlərinin və müasir istehsalat sahələrinin yaradılması, idxaldan asılılığın aradan qaldırılması kimi hədəflərə çatmaqda önəmini vurğuladıqlarını bildirib: “Müəssisənin fəaliyyətinə və əməkdaşlarına uğurlar arzulayırıq”