Daha 2 sahibkara Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 9-a çatıb.
Eləcə də bax: Ağdam Sənaye Parkında 2 yeni şirkət - 9 MİLYON MANAT YATIRACAQLAR
FED.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, “Agah Group” MMC metal məmulatlarının istehsalı müəssisəsi inşa edəcək, BƏƏ kapitallı “Expert Services FZE” MMAZM isə ağır texnikaya xidmət göstərilməsi ilə yanaşı,həm də istehsal fəaliyyəti ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 mln. manatdan çox olan layihələrin reallaşması ilə 60 nəfər daimi işlə təmin ediləcək.