Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Naxçıvanda Sənaye Parkında istehsal olunacaq məhsullar məlum oldu
FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında məlumat verib.
Sədr öz çıxışında qeyd edib ki, "Cari ildə Çinin BYD şirkəti tərəfindən elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır. Artıq şirkətin istehsalı üçün lazımı infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılması istiqamətində işlərə başlanması nəzərdə tutulur. Layihənin təqribən investisiya həcmi 29 milyon manatdan çoxdur".