Naxçıvanda 310 hektar ərazidə Sənaye Parkı yaradılıb.
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun mətbuat konfransında deyib.
O bildirib ki, ilkin mərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Belə ki, Sənaye Parkında qida, kimya sənayesi, tullantıların, qara və əlvan metal emalı, tikinti materiallarının, maşın və avadanlıqların, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağız məmulatlarının istehsalı nəzərdə tutulur.
Naxçıvan Sənaye Parkında da rezidentlər ölkəmizdə mövcud digər sənaye parklarında olduğu kimi gömrük, vergi güzəştlərindən yararlana biləcəklər.
Yaxın vaxtlarda Naxçıvan Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq.