Sənaye zonalarında sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması dövlət dəstəyi tədbirlərindəndir.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev 2024-ci il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə deyib.
" 2024-cü ilin 9 ayı ərzində sənaye zonalarında 2,4 milyard manatlıq satış həyata keçirilib, bunun da 801,1 milyonluq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,5%, ixracında isə 26% təşkil edib.
Beləliklə, özəl sektor yaradılmış əlverişli imkanlardan səmərəli yararlanmaqla biznes fəaliyyətini genişləndirir, iqtisadi inkişafda mühüm rol oynayır." - deyə müavin çıxışında məlumat verib.