Cəmi 6 illik bir dövrdə əmək müqavilələri sayı 609 min olub və insanlar rəsmi işləməyə başlayıb.
- Gələn il minimum əməkhaqqı, pensiya və müavinətlərdə artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev 2024-ci il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə deyib.
O bildirib ki, bu müqavilələrdən 80%-i başqa sözlə 500 mini özəl sektorun payına düşür: "Əmək fondumuz 3 dəfə artıb. Sahibkarlarımızın biznesə çıxışının artırılması istiqamətində işlər görülür. Bizim birgə fəaliyyətimiz növbəti illərdə də sahibkarlığın inkişafına dəstək olacaq. Həm işğaldan azad olunmuş ərazilərdə bizim qayıdan məcburi köçkünlərimizin işlə təmin olunması üçün işlər görülür. 50 mindən çox əlilliyi olan vətəndaşımız şirkətlərdə işləyir. Hədəfimiz günü gündən artır. İnklüziv biznes cəmiyyətinə sahibkarlarda öz töhvəsini verəcək."- deyə nazir vurğulayıb.