Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator, AAM) 2026-cı ildə 28-33 min unsiya qızıl hasil etməyi planlaşdırır.
Britaniya şirkəti “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlayıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.
Şirkətin gümüş hasilatının bu il 170-210 min unsiya, mis hasilatının isə 20-25 min ton olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, AAM 2025-ci ildə 25,061 min unsiya qızıl hasil edib. Bundan əlavə, 2025-ci ildə gümüş hasilatı 153,333 min unsiya, mis hasilatı isə 7,915 min ton təşkil edib.
Beləliklə, 2026-cı ildə şirkətin Azərbaycanda qızıl hasilatının bir il əvvəlki göstərici ilə müqayisədə artımı 11,7 %-dən 31,7 %-ə qədər, gümüşün 10,9 %-dən 36,95 %-ə qədər, misin isə 2,5 dəfədən 3,2 dəfəyə qədər ola bilər.
Bildirilib ki, bu il mis hasilatının həcmini təxminən üç dəfə artırılması planlaşdırır. Bu artım 2025-ci ildə hasilata başlanılmış "Gilar" və "Dəmirli" mədənlərinin hesabına təmin ediləcək.
"Həmçinin qızıl və gümüş hasilatının ildən-ilə artması, eləcə də istehsalın bütün mərhələlərində xərclərin rəqabətqabiliyyətli qalacağı gözlənilir", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, 2026-cı ildə 1 unsiya qızılın hasilatına çəkilən ümumi xərclər ("All-In Sustainable Cost", AISC) 1 500 ilə 1 800 ABŞ dolları, misin hasilatına çəkilən xərclər isə 6 800 ilə 7 800 ABŞ dolları arasında qiymətləndirilir.
"2026-cı il üzrə proqnozumuzu təqdim etməkdən məmnunam. Bu il ərzində mis əsas məhsulumuz olacaq və əminik ki, 2025-ci illə müqayisədə mis hasilatının həcmini üç dəfə artıra biləcəyik. "Anglo Asian" sabit əməliyyat fəaliyyətindən, əlvan metalların yüksək qiymətlərindən faydalanıb. İndi isə daha bir inamlı artım ilini səbirsizliklə gözləyirik", - "Anglo Asian Mining"in baş direktoru Reza Vaziri bildirib.( APA)










