Gürcüstanın “IDS Borjomi” şirkətinə məxsus iki zavodun işçiləri tətili dayandırıb.
Eləcə də bax: Gürcüstanda "Borjomi” zavodları - Fəaliyyətini Dayandırdı
FED.az xəbər verir ki, şirkət rəbərliyi tətilçilərin tələblərinin bir qismini yerinə yetirməyə razılıq verib.
Sabahdan etibarən müəssisələrdə istehsal prosesinin bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, 400-ə yaxın zavod əməkdaşı mayın 18-dən əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil keçirirdilər. Bu səbəbdən mayın 19-da hər iki zavodda istehsal dayandırılıb. (Report)