“Micon International Ltd” beynəlxalq konsaltinq şirkəti Gədəbəydə filiz hasilatı və emalı müəssisələri haqqında ilkin hesabat hazırlayıb.
Gədəbəydəki qızıl yatağını istismar edən - ŞİRKƏT KİMİNDİR?
FED.az bu barədə "Anglo Asian Mining" (AAM) şirkətinə istinadən məlumat verib.
“Anglo Asian Mining” hesabatın gələn həftə tamamlanacağını gözləyir vəbildirir ki, hesabat açıqlandıqdan sonra daha ətraflı məlumat veriləcək.
Şirkət hazırda “Micon” və Azərbaycan hökuməti ilə birgə hesabat layihəsini nəzərdən keçirir.
Xatırladaq ki, “Micon” müstəqil konsaltinq şirkətinin hesabatında göstərilən ətraf mühitin qorunması və təhlükəsizlik sahəsində bütün çatışmazlıqlar aradan qaldırılana qədər iyulun 31-dən Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti Gədəbəy müqavilə sahəsində flotasiya qurğusunun işini və filiz hasilatını dayandırıb.
“Micon” komandası Azərbaycan hökuməti adından və Azərbaycanın “İqlim” ekoloji şirkətinin dəstəyi ilə Gədəbəydə filiz hasilatı və emalı obyektlərində tam ekoloji yoxlama aparıb. Buna əsasən hökumətə və şirkətə öz nəticələri haqqında tam hesabat təqdim etməli olacaq. (Report)