Bu ilin yanvar-oktyabr aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 64,4 mlrd. manat təşkil edib.
Eləcə də bax: Ağdamlılar Bakıdakı zavodu Qarabağa aparırlar – «MƏHSULU XARİCƏ DƏ İXRAC EDƏCƏYİK»
FED.az xəbər verir ki, Bakı Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 86,0 faizi mədənçıxarma, 12,2 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. (Apa)