Yaxın günlərdə Bakı Tekstil Fabrikinin (BTF) Binəqədi rayonunda yeni korpusu açılacaq.
Eləcə də bax: İş adamı: «3%-lik ixrac təşviqi azdır, AZI 10% OLMALIDIR»
FED.az xəbər verir ki, bu barədə fabrikin baş direktoru, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva bildirib.
Eləcə də bax: Azərbaycan Almaniya və ərəb ölkələrinə - GEYİM İXRAC ETMƏYƏ BAŞLAYIB
Onun sözlərinə görə, Tekstil fabrikinin Binəqədi rayonunda yeni korpusunun açılması hesabına müəssisənin istehsal gücünü genişləndiririk. Fabrikin yeni üçmərtəbəli korpusunun tikintisi bu ilin fevralında başa çatacaq. Yeni müəssisənin işə salınması ilə 110 iş yerinin açılması nəzərdə tutulub. Paralel olaraq yeni istehsal xətləri işə salınacaq.
S.Babayeva bildirib ki, istehsalat obyekti Bakı Tekstil Fabrikinin öz vəsaiti hesabına tikilir. Bununla belə, istehsal gücünün, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi məqsədi ilə dövlət dəstəyi də zəruridir.