İndiyə qədər “Bakı Gəmiqayırma Zavodu” MMC 10 gəmi tikib.
FED.az xəbər verir ki, bunu zavodun direktoru İmamverdi Həsənov bildirib.
Bundan başqa, onun sözlərinə görə, indiyə qədər müəssisədə 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.
Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarıdır. Zavodun istehsal gücü 25 min ton metal konstruksiyadır. (Report)