“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) törəmə şirkətinin rəhbəri dəyişib.
Eləcə də bax: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sədr müavini - TƏYİN EDİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Sabir Hüseynov Həsən oğlu “ASCO Nəqliyyat” MMC-nin baş icraçı direktoru təyin edilib.
O, bu vəzifədə Oqtay İsmayılzadə Kamal oğlunu əvəzləyib.
“ASCO Nəqliyyat” MMC 2018-ci ildə yaradılıb və onun 6 276 399 manat nizamnamə kapitalı var.
Sabir Hüseynov buna qədər “ASCO Mühafizə” MMC-nin rəhbəri idi. “ASCO Mühafizə”yə isə İlham Bəşirov İslam oğlu rəhbər təyin edilib.