Azərbaycanın dövlət şirkəti «Azərxalça» 2020-ci ilin nəticələrini açıqlayıb.
Eləcə də bax: Türkiyə şirkəti Azərbaycanda yeni - PAMBIQ ZAVODU TİKİR
FED.az xəbər verir ki, 2020-ci ildə şirkətin satışdan gəlirləri 16 dəfədən çox artaraq 2019-cu ildəki 310 min manatdan 5,1 milyon manata yüksəlib, satışın maya dəyəri isə 12 dəfə artaraq 382 min manatdan 4,59 milyon manata yüksəlib.
Nəticədə «Azərxalça»nın satış əməliyyatlarından mənfəəti 551 min manata çatıb (əvvəlki il satışdan 71 min manant zərər etmişdi).
Eyni zamanda şirkət 1 milyaon 145 min manat sair gəlir əldə edib.
2020-ci ildə «Azərxalça»nın xərcləri inzibati və əməliyyat xərcləri 2019-cu illə müqayisədə bir qədər azalaraq 5 milyon 89 min manat olub.
Nəticədə şirkət ili 3 milyon 391 min manat əməliyyat zərəri ilə tamamlayıb. Bu – 2019-cu illə müqayisədə 1,9 milyon manata daha yaxşı göstərici idi – həmin il «Azərxalça» 5,2 milyon manat əməliyyat zərəri etmişdi.
Üstəlik 2020-ci ildə «Azərxalça» xarici valyuta əməliyytalarından da 109 min manat qazanıb, əvvəlki il bu maddədə 133 min manat zərər etmişdi.
Nəticədə şirkət 2020-ci ili 3 milyon 282 min manat xalis zərərlə bağlayıb. 2019-cu ildə isə xalis zərər 5,3 milyon manat idi.
İlin yekununa görə, şirkətin öhdəlikləri 1 milyon manatdan bir qədər artıq, kapitalı 106 milyon manat, aktivləri isə 107 milyon manat olub. Bu göstəricilərdə ciddi dəyişiklik baş verməyib.