“07” dekabr 2021-ci il tarixdə saat 11:00-da, Qazax rayonu, Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında “Qazax Konserv Zavodu” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: Şirkətin səhmdarları onun ləğvi təklifinə baxacaqlar - TOPLANTI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağında “Qazax Konserv Zavodu” ASC-nin ləğv edilməsi məsələsi müzakirə olunacaqdır.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış ola bilərsiniz. Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur.
“30” noyabr 2021-ci il tarixdə saat 11:00-da, Lənkəran rayonu, Lənkəran şəhəri, Əli Bayramov küçəsi, 77 ünvanında “Lənkəran-Konserv” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların növbədənkənar ümumi yığıncağında “Lənkəran-Konserv” ASC-nin ləğv edilməsi məsələsi müzakirə olunacaqdır. Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış ola bilərsiniz. Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur.
Xatırladaq ki, “Qazax Konserv Zavodu” ASC-nin nizamnamə kapitalı 1 158 572 manat, “Lənkəran-Konserv” ASC-nin isə nizamnamə kapitalı 2 862 402 manatdır.
Onu da qeyd edək ki, “Azərsun Holdinq”in müəssisəsi “Qazax Konserv Zavodu” ASC ötən ili 429 min manat zərər ilə tamamlayıb.