"Zəyəm Sənaye İstehsal" ASC ləğv edilə bilər.
30 noyabr 2021-ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsi 60A ünvanında “Zəyəm Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, iclasın gündəliyinə çıxarılacaq məsələlər aşağıdakılardır:
1. 2020-ci ilin yekunları ilə əlaqədar hesabatların təsdiq edilməsi.
2. “Zəyəm Sənaye İstehsalat” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Mustafayev Rəşid Məmməd oğlunun təklifinin müzakirə edilərək, təklifin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi.
O cümlədən: 2.1 “Zəyəm Sənaye İstehsalat” Açıq Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasının tərkibini təsdiq etmək; 2.2 “Zəyəm Sənaye İstehsalat” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsinin müddətini müəyyən etmək.