Azərbaycan 2020-ci il ərzində alkoqollu içki olan viski istehsalının həcmini 2.1 min dekalitrə yüksəldib.
Eləcə də bax: Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı - Müflislik Həddinə Çatıb
FED.az Banker.az-a istinadən bildirir ki, bu ölkənin statistikasında 2020-ci ildən qeydiyyata alınıb.
Ölkədə viskinin öncəki ildən qalığı isə 12.6 min dkl təşkil edib.
Azərbaycan 2020-ci ilin ilk 11 ayında 5.79 min dkl viski idxal etmişdi. Bu idxal edilmiş məhsulun dəyəri 2 milyon 221.16 min dollar təşkil edirdi.
Məlumat üçün bildirək ki, “Tovuz-Baltiya” və Azgranata kimi şirkətlər ölkədə milli brend altında viski istehsalına başlayıblar.
Brendi (konyak) istehsalının həcmi 26.8 min dkl olmuşdur, bunun da 20.2 min dkl-ı satışa yönəldilib. Öncəki ildə brendi istehsalının həcmi 24.8 min dkl idi.
Bununla belə, likör istehsalının həcmi 146.6 min dkl həcminə düşüb, bu 2019-cu ildə 315.1 min dkl olmuşdur.