Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı – “Milk-Pro” MMC 2019-cu ili 362 min manat zərərlə başa vurub.
Eləcə də bax: Azərbaycanın tanınmış balıq məhsulları istehsalçısı - Müflis Oldu
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 56 % çoxdur.
2019-cu ildə “Milk-Pro”nun satışdan gəlirləri 18,888 milyon manat (2018-ci ilə nisbətən 2,8 dəfə çox), satışının maya dəyəri 19,098 milyon manat (2,75 dəfə çox), inzibati xərcləri isə 152 min manat (60,6 % çox) təşkil edib.
2020-ci il yanvarın 1-nə “Milk-Pro”nun aktivləri 23,322 milyon manat olub ki, bu da illik müqayisədə 1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,65 % artaraq 23,421 milyon manata çatıb, 264 min manatlıq balans kapitalı isə 98 min manatlıq kapital çatışmazlığı ilə əvəz olunub. Kapitalın “mənfi”yə düşməsi kommersiya qurumunun müflislik həddinə düşməsindən xəbər verir.