Azərbaycanda şərab zavodlarından biri – Mərəndi Şərab Zavoduna yeni icraçı direktor təyin edilib.
Türkiyəli mütəxəssis “Pepsi Azerbaijan”a rəhbər - TƏYİN EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Murtuza Səfərov Xanbaba oğlu “Mərəndi” MMC-yə yeni direktor təyin edilib.
Ona qədər bu vəzifədə Vüqar Heydərov Nəriman oğlu idi.
Şirkət 2016-cı ildən dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manat kimi göstərilir.
Hazırda ümumilikdə 160 hektar ərazidə yetişdirilən 15 üzüm növündən çeşidli məhsullar, o cümlədən rafinə olunmuş “Yallı”, “Premium Tella Caspea” və “Tera Caucasea”, eləcə də daha zərif dadı olan və yüngül içilən “İlkin” süfrə şərabları hazırlanır.