Azərbaycanın iri alkokolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan” və ya hüquqi adı ilə “Mars Overseas Baku LTD” MMC-nin baş icraçı direktoru dəyişib, şirkətə Türkiyəli mütəxəssis rəhbərlik edəcək.
"Badamlı Mineral Sular"ı şirkəti - SATILDI - YENİ RƏHBƏR TƏYİNATI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Bülent Eksin “Mars Overseas Baku LTD”nin baş icraçı direktoru təyin edilib. O, bu vəzifəyə 2023-cü ilin iyununda təyin edildiyini açıqlayıb.
Buna qədər şirkətin icra orqanına Fuad Babayev rəhbərlik edirdi.
B.Eksin buna qədər Türkiyədə müxtəlif şirkətlərdə rəhbər vəzifəsində çalışıb.
2001-2004-cü illərdə Türkiyədə “Maxxium UK Ltd”nin baş direktoru,
2005-2007-ci illərdə “Kimberly-Clark”nin satış direktoru,
2007-2011-ci illərdə “Evyap”nin Şərqi Avropa, Balkan və Orta Asiya ezrə nümayəndəsi,
2011-2014-cü illlərdə “Coca-Cola”nın Türkmənistan üzrə baş direktoru,
2014-2015-ci illərdə “Coca-Cola”nın İraq üzrə baş direktoru,
2015-2017-ci illərdə “Aujan Coca-Cola Beverages Company” (İran İslam Respublikası) baş direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, “Mars Overseas Baku Ltd” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 45.15 mln. manatdır. Şirkət “Pepsi”, “Mountain Dew”, “Miranda”, “7up” kimi qazlı sular, “Jalə”, “Sandra”, “Ya”, “Natura”, “Frukovy Sad”, “Zolotoy Sad” kimi meyvə şirələri, “I’m Tea” və “Lipton” kimi soyuq çay, “Aqua” və “Jalə” mineral suları istehsal edir.