Bu il iyulun 1-nə qədər Azərbaycanda sənaye zonalarından 13,5 milyard manatlıq məhsul satılıb, bunun da 4,4 milyard manatlıq hissəsi ixrac edilib.
20 milyon manat ayırılacaq, 250 yeni iş yeri açılacaq - BAKI YAXINLIĞINDA YENİ MÜƏSSİSƏ
Bu barədə FED.az İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, satışın 1,4 milyard manatlıq, ixracın isə 0,5 milyard manatlıq hissəsi bu ilin I yarısının payına düşüb.
Sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac edilib.
İndiyə qədər sənaye zonalarında ümumi investisiya dəyəri 8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar sənaye zonalarına 6,8 milyard manat investisiya yatırıb və 10 500-dən çox daimi iş yeri yaradıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiya yatırılması və 7 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.