Azərbaycanın məşhur un istehsalçısı olan «Karat Holdinq» MMC 2021-ci ili zərərlə başa vurub.
Eləcə də bax: I rübdə Bakı Metropoliteninin gəlirləri 13 milyon manatı - KEÇİB
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqladığı illik hesabatda bildirilir.
Hesabaat əsasən, 2021-ci ildə «Karat Holdinq» MMC-nin satışdan gəlirləri 6,5 milyon manat və ya 8% azalaraq 2020-ci ildəki 82,5 milyon manatdan 75,9 milyon manata enib.
Bundan başqa, şirkətin 7,4 milyon manatlıq digər əməliyat gəlirləri də oğlub. 2020-ci ildə bu göstərici cxəmi 14 min manat olmuşdu.
Başqa sözlə, 2021-ci ildə şirkətin ümumi gəlirləri 83 358 min manat olub. Bu da əvvəlki ildən 880 min manat və ya təqribən 1% artıqdır.
2021-ci ildə «Karat Holdinq»in gəlirləri azalsa da, xərcləri artıb. Belə ki, şirkətin material xərcləri 75 milyon manatdan 81,4 milyon manata yüksəlib.
İşçi heyəti ilə bağlı xərclər isə 1 milyon 589 min manatdan 1 milyon 646 min manata yüksəlib.
Nəticədə «Karat Holdinq» 2021-ci ili 1 milyon 367 min maat zərərlə başa vurub, halbuki, 2020-ci ildə şirkət 4 milyon 287 min manat xalis mənfəət etmişdi.