2022-ci ilin birinci rübündə “Bakı Metropoliteni” QSC sərnişin daşınmasından 13 milyon 255,7 min manat gəlir əldə edib.
Eləcə də bax: Bakı metropoliteninin gəlirləri 20%-dən çox - ARTIB
FED.az xəbər verir ki, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 45 milyon 635,7 min nəfər təşkil edib.
Xəbər verildiyi kimi, COVİD-19 koronavirus pandemiyası səbənindən 2020-2021-ci illərdə Azərbaycanda metropolietinin fəaliyyəti ilə əlaqədar vaxtaşırı məhdudiyyətıər tətbiq edilib. Buna görə ötən il Bakı Metropoliteni yalnız 31 may tarixindən etibarən fəaliyyətini bərpa edib.
2021-ci ildə “Bakı Metropoliteni” sərnişin daşınmasından 26 milyon 154,4 min manat gəlir əldə edib (artım 21%). Ötən il metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 90 milyon 232,4 min nəfər təşkil edib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 20,8% çoxdur.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.(İnterfaks-Azərbaycan)