Bu il ərzində Azərbaycanın ipək məhsullarının Türkiyə, İran və Hindistana ixrac edilməsi nəzərdə tutulur.
"Azəripək" MMC-nin ixrac gəlirləri 6%-dən artıb
FED.az xəbər verir ki, “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) verilən məlumata görə, bu ölkələrə xam ipək, xam kəlağayı parçası və istehsal prosesindən əldə olunan çıxdaşların (Hindistana) ixrac edilməsi planlaşdırılır.
2023-cü ildə “Azəripək” MMC ümumilikdə 3 029,7 min manat (1 782,2 min ABŞ dolları) dəyərində məhsul ixrac edib. Bu isə 2022-ci ilə nisbətən 4,7 faiz çoxdur.
İstehsala gəlincə, 2023-cü ildə 34,6 ton xam ipək, 10,9 ton ipək vata, 8 328 ədəd müxtəlif ölçüdə güllü kəlağayı, 275 min kvadratmetr xam ipək parça, 1 439 ədəd çitmə, 2 367 ədəd güllü şərf, 17 323 ədəd müxtəlif ölçüdə bişmiş kəlağayı, 3 180 ədəd bişmiş şərf, 16 ədəd ipək xalça, 3 577 kq xalça sapları istehsal edilib.
2024-cü ildə də əvvəlki illərdə istehsal olunan malların, eləcə də pambıq ipliyindən və suni, sintetik saplardan xam parçaların istehsalı nəzərdə tutulur. ( Azərbaycan iqtisadiyyatı)