Bu ilin yanvar-may aylarında Azərbaycanda 11 min 992,4 ton kolbasa məmulatları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,3 ton və ya 0,3 % azdır.
Ötən ilin yanvar-may aylarında Azərbaycanda 12 min 25,7 ton kolbasa məmulatları istehsal edilib.
İyunun 1-nə ölkədə 45,9 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 9 ton və ya 16,4 % azdır.
Ötən ilin ümvafiq dövründə ölkədə 54,9 ton hazır kolbasa ehtiyatı olub.