Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 9 min 439 ton kolbasa məmulatları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumat görə bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9% və ya 84 ton azdır.
Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 9 min 355 ton kolbasa məmulatları istehsal edilmişdi.
1 may 2025-ci il tarixinə 46,4 ton hazır məhsul ehtiyatı yaranıb.
Bu da 1 il əvvələ nisbətən 8,9 ton, yaxud da 16,1% azdır.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 55,3 ton idi.