2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 1 720,1 ton gümüş istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 121,1ton və ya 6,6% azalıb.
2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 1841,3 ton təşkil edib.
01.07.2024-cü il vəziyyətinə ehtiyatda 679,1 ton gümüş olub ki, bu da illik müqayisədə 326,9 ton və ya 92,8% çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 352,2 ton olub.