2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 1 003,7 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 28 ton və ya 2,9% artıb.
2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 975,7 ton təşkil edib.
01.07.2024-cü il vəziyyətinə ehtiyatda 247,7 ton qızıl olub ki, bu da illik müqayisədə 145,8 ton və ya 2,4 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 101,9 ton olub.