Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 68 min 893,4 ton duz istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə duz istehsalı 5 min 469,2 ton və ya 7,4% azalıb.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində bu göstərici 74 min 362,6 ton təşkil edib.
1 noyabr 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 80,9 ton təşkil edib ki, bu da illik müqayisədə 37,7 ton və ya 87,3% çoxdur.
Ötən ilin eyni dövründə hazır duz ehtiyatı 43,2 ton olub.










