Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2 592,7 kq qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 425,6 kq və ya 19,6% artıb.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində bu göstərici 2 167,1 kq təşkil edib.
1 noyabr 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 69,7 kq təşkil edib ki, bu da illik müqayisədə 320,6 kq və ya 5,6 dəfə azdır.
Ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 390,3 kq olub.












