2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 22 min 348,9 ton kolbasa məhsulları edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 1 736,7 ton və ya 8,4% artıb.
Ötən ilin yanvar-sentyabr aylarında 20 min 612,2cton kolbasa məhsulları istehsal edilmişdi.
2024-cü ilin oktyabr ayının 1-nə hazır məhsul istehsalı 52,8 ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 9,1 ton, yəni 20,8 % artıb. Ötən ilin eyni dövründə hazır kolbasa ehtiyatı 43,7 ton olub,.