Azərbaycanın bütün sənaye zonaları üzrə nəzərdə tutulan 6,7 mlrd. manat həcmində investisiyaların 6,3 mlrd. manatı artıq həyata keçirilib.
Eləcə də bax: “Sənaye zonalarından qeyri-neft ixracı 2 dəfə artıb”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkətini (ABƏŞ) çıxmaq şərti ilə cari ilin ilk doqquz ayında özəl sektora investisiyalarda 11% real artım müşahidə olunub.
"Hazırda növbəti 5 ili əhatə edən və bu ilin əvvəlində ölkə başçısı tərəfindən təsdiq edilən inkişaf prioritetlərinə uyğun tərtib edilən strateji inkişaf planı təsdiqlənmə ərəfəsindədir. İnkişafın əsas drayverləri kimi özəl sektorun və dövlət-özəl tərəfdaşlığının alətlərini müəyyənləşdirən bu sənəd Baş nazirin ümumi rəhbərliyi ilə 10 işçi qrupu tərəfindən hazırlanaraq ölkənin inkişaf perspektivlərini ehtiva edir", - deyə M. Cabbarov qeyd edib.