Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 220 ədəd yük avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə yük avtomobili istehsalı 170 ədəd və ya 43,6% azalıb.
2024-cü ilin yanvar-avqust ayları ərzində bu göstərici 390 ədəd təşkil edib.
1 sentyabr 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 61 ədəd təşkil edib ki, bu da illik müqayisədə 5 ədəd və ya 8,9% çoxdur.
Ötən ilin eyni dövründə hazır yük avtomobili ehtiyatı 56 ədəd olub.