Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 2 309 ədəd minik avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 318 ədəd və ya 12,1% azalıb.
2024-cü ilin yanvar-avqust ayları ərzində bu göstərici 2 627 ədəd təşkil edib.
1 sentyabr 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 16 ədəd təşkil edib ki, bu da illik müqayisədə 210 ədəd və ya 14 dəfəyə yaxın azdır.
Ötən ilin eyni dövründə hazır minik avtomobili ehtiyatı 226 ədəd olub.