Alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis edilməsinə dair "Azərbaycan Sənaye Korporasiyası" ASC, "Azəralüminium" MMC və Almaniyanın "Achenbach Alpha GmbH" şirkəti arasında imzalanmış müqavilənin icrasına dair tədbirlər planı çərçivəsində birgə müəssisənin ümumi yığıncağının iclası keçirilib.
Eləcə də bax: Alüminium məhsulları istehsalı müəssisəsinin yaradılmasına dair müqavilə - İMZALANDI
FED.az xəbər verir ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Baş direktoru Kamran Nəbizadə, "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov və Almaniyanın "Achenbach Alpha GmbH" şirkətinin İdarəedici direktoru Florian Hütter arasında keçirilən görüş zamanı müxrəlif məsələlər müzakirə olunub, qərarlar qəbul edilib.
Təsisçilərin ümumi yığıncaqda aldığı qərara əsasən "Azərbaycan Sənaye Korporasiyası" ASC, "Azəralüminium" MMC və "Achenbach Alpha GmbH" şirkəti arasında birgə müəssisə olan "İnteral" MMC təsis edilərək, yeni yaradılan Cəmiyyətin nizamnaməsi təsdiq olunmuş və nizamnamə kapitalı müəyyən edilmişdir. Görüşün sonunda "İnteral" MMC-nin idarəetmə orqanı olan müşahidə şurası yaradılmış, Cəmiyyətin Baş direktoru və müşahidə şurasının üzvləri təyin edilib.