2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 311,4 min dkl viski (konyak) istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 192,4 min dkl və ya 2,6 dəfə artıb.
Ötən ilin yanvar-iyun aylarında 119,2 min dkl alkoqolsuz içki istehsal edilmişdi.
2024-cü ilin iyun ayının 1-nə hazır viski ehtiyatı 62,6min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 7,2 min dkl, yəni 13% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 55,4 min dkl olub.