2024-cü ilin yanvar-iyul aylarında 2 589,4 ton tütün istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 574,9 ton və ya 2,6 dəfə artım deməkdir.
Ötən ilin eyni dövründə 1 014,5 ton tütün istehsal olunub.
2024-cü ilin 1 avqust tarixinə anbarlarda qalan məhsulun həcmi əvvəlki iliin eyni dövrü ilə müqayisədə 239,8 ton və ya 40% azalaraq 598,9 tona düşüb..