2024-cü ilin yanvar-iyul aylarında 9 milyard 192,7 milyon ədəd siqaret istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 505,8 milyon ədəd və ya 5,8% artım deməkdir.
Ötən ilin eyni dövründə 8 milyard 691,4 milyon ədəd siqaret istehsal olunub.
2024-cü ilin 1 avqust tarixinə ehtiyatda qalan məhsulun həcmi əvvəlki iliin eyni dövrü ilə müqayisədə 77,5 milyon ədəd və ya 9,2% artaraq 919,7 milyon ədədə çatıb.