2024-cü ilin yanvar-noyabr aylarında 4 115,2 ton tütün istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 631,1 ton və ya 2,8 dəfə artım deməkdir.
Ötən ilin eyni dövründə 1 484,1 ton tütün istehsal olunub.
2024-cü ilin 1 dekabr tarixinə anbarlarda qalan məhsulun həcmi əvvəlki iliin eyni dövrü ilə müqayisədə 179,3 ton və ya 30,4% artaraq 768,2 tona yüksəlib.