2024-cü il ərzində 16 milyard 75,6 milyon ədəd siqaret istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 65,4 milyon ədəd və ya 0,4% artım deməkdir.
Ötən ilin eyni dövründə 16 milyard 10,2 milyon ədəd siqaret istehsal olunub.
2025-ci ilin 1 yanvar tarixinə ehtiyatda qalan məhsulun həcmi əvvəlki iliin eyni dövrü ilə müqayisədə 508 milyon ədəd və ya 86,2% artaraq 1 milyard 97 milyon ədədə çatıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 726,5 milyon manatlıq içki və siqaret məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-dekabr aylarına nisbətən 0,4% azdır.
Ötən ümumilikdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,4% faizi içki və siqaret məhsullarının alınmasına sərf olunub.
Təkcə dekabr ayında içki və siqaretə xərclənən vəsaitin məbləği isə 441,7 milyon manat təşkil edib.