Azərbaycanda sənaye məhəlləsinin idarəedici təşkilatları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcklər. İndiyədək belə təşkilatlar dövlətə məxsus kommersiya hüquqi şəxs olaraq fəaliyyət göstəriblər.
Pirallahı Sənaye Parkının rezidentinin direktoru dəyişdirilib
FED.az xəbər verir ki, Nazirlər Kabineti “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarında dəyişiklik edib.
Dəyişikliyə görə, sənaye məhəlləsinin idarəedici təşkilatı – sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.
Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ya ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.(marja)