2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 18,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Azərbaycanda işləyənlərin sayı - ÖZƏL SEKTORUN HESABINA ARTIB - RƏSMİ
FED.az xəbər verir ki, bu 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektorunda məhsul istehsalı 4% azalıb, qeyri neft-qaz sektorunda isə 4,7 faiz artıb.
Ölkədə sənaye məhsulunun 72 faizi mədənçıxarma sektorunda, 22,6 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.