2024-cü ilin yanvar-mart aylarında 890,7 ton sement istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 185,7 ton və ya 26,3% çoxdur.
Ötən ilin 3 ay ərzində 705 ton sement istehsal edilmişdi.
2024-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı 88 ton təşkil edib.
Bu da əvvəlki illə müqayisədə 1,3 ton və ya 1,3% azalıb.
2023-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı 89,3 ton təşkil edib.