2024-cü ildə Azərbaycanda 2 663,5 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 49,5 ton və ya 1,9% artıb.
2023-cü ildə bu göstərici 2 614 ton təşkil edib.
1 yanvar 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 56 ton təşkil edib ki, bu da illik müqayisədə 65 ton və ya 2,2 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 121 ton olub.
Xatırladaq ki, 2024-cü il ərzində Azərbaycandan 165,5 milyon dollar dəyərində qızıl ixrac edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı rəqəmlərə görə Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 44 milyon dollar 36,2% artıb.
Qeyd edək ki, 2023-cü ildə 121,5 milyon dollar dəyərində qızıl ixrac edilib.
Təkcə dekabr ayında 19,5 milyon dollarlıq qızıl ixrac edilib ki, bu da illik müqayisədə 6 milyon dollar və ya 44% çoxdur.
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 2 milyard 714,8 milyon ABŞ dolları dəyərində 34 min 83 kiloqram qızıl (digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edilib.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə qızıl idxalı həcm ifadəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 423 dəfə və ya 34 ton, məbləğ ifadəsi ilə 2 milyard 711 milyon 349 min dollar (796 dəfə) artıb.
2023-cü ilin 11 ayında 3 milyon 411 min dollar dəyərində 80 kq qızıl idxal edilmişdi.
Hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 79 min 651 dollar (135 min 406 dollar) təşkil edib ki, bu da illik müqayisədə 37 min 360 dollar (63 min 513 manat) və ya 88,2% çoxdur.
Məlumata görə ən çox qızıl Avstraliyadan (15,2 ton), ən az miqdarda Almaniyadan (650 qram), ən baha qiymətə Rusiyadan (1 milyard 375 milyon dollar), ən aşağı qiymətə Almaniyadan (6,618 manat) idxal edib.