2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 752,1 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 20,2 ton və ya 1,2% artıb.
2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 1 731,9 ton təşkil edib.
01.10.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 302,3 ton təşkil edib ki, bu da illik müqayisədə 148,1 ton və ya 96% çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 154,2 ton olub.