Azərbaycan İnvestisiya Şirkəti, “SOCAR Downstream” və “Technip Energies Italy S.P.A (TEN)” tərəfindən yaradılmış “Ecostar” MMC-nin nizamnaməsi imzalanıb.
Azərbaycanda piroliz yağının istehsalına dair birgə müqavilə imzalanıb
FED.az xəbər verir ki, imzalanma COP29 çərçivəsində baş tutub.
Belə ki, “Ecostar” MMC “Alterra” piroliz texnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinə dair ön mühəndislik layihələndirməsi (FEED) həyata keçirəcək və plastik tullantı materiallarından istifadə etməklə piroliz yağı istehsal edəcək.